Türkiyə BƏƏ XİN başçısının sözlərinə münasibət bildirib
https://azeri.sahartv.ir/news/türkiyə-i281177-türkiyə_bƏƏ_xİn_başçısının_sözlərinə_münasibət_bildirib
Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Türkiyənin Suriya barədə siyasəti bu ölkənin müstəqilliyi və ərazi bütövlüyünün mühafizə edilməsindən ibarətdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2017 05:39 Asia/Baku
  • Hüseyn Müftioğlu
    Hüseyn Müftioğlu

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Türkiyənin Suriya barədə siyasəti bu ölkənin müstəqilliyi və ərazi bütövlüyünün mühafizə edilməsindən ibarətdir.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə XİN sözçüsü Hüseyn Müftioğlu dünən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin sözlərinə münasibət bildirərkən deyib: Türkiyənin Suriya barədə siyasəti əvvəlindən bu ölkənin müstəqilliyi və ərazi bütövlüyünün mühafizəsi, xalqın qanuni tələbləri nəzərə alınaraq siyasi həll yolunun əldə edilməsinə yönəlmişdir. 

Türkiyə XİN sözçüsü deyib: Türkiyə Suriya böhranının ən qısa zamanda həll edilməsini istəyir ona görə ki, Türkiyə Suriya ilə qonşu olduğuna görə, bu ölkədəki böhrandan təsir almaqdadır. 

BƏƏ-nin XİN başçısı şeyx Abdullah Bin Zayid Ali-Nəhyan Türkiyənin Suriyadakı rolunun müstəmləkəçi rol olduğunu demişdi və özünün rusiyalı həmkarı Sergey Lavrov ilə müştərək mətbuat konfransında Ankaranı özünün Suriyadakı müstəmləkəçi roluna dərhal son qoymağa çağırmışdı.