Avq 31, 2017 17:45 Asia/Baku
  • Türkiyə ABŞ məhkəməsinin hökmünə etiraz edib
    Türkiyə ABŞ məhkəməsinin hökmünə etiraz edib

Türkiyənin Xarici İşlər Nazirliyi bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanın gözətçilərinə qarşı ABŞ məhkəməsinin çıxartdığı hökmün qərəzli olduğunu bildirib.

İRİB-in Ankaradan verdiyi məlumata görə, Türkiyə XİN-i bu gün bir bəyanat yayaraq Vaşinqton məhkəməsinin hökmünü pisləyərək Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın 16 may Vaşinqtona səfəri zamanı Amerika təhlükəsizlik aparatının səhlənkarlığı və zəif fəaliyyətinə toxunaraq deyib ki, səfər zamanı terrorçu PKK qrupunun tərəfdarlarının etiraz aksiyaları keçirəcəkləri barədə öncədən təkrar xəbərdarlıqlar edilsə də ABŞ təhlükəsizlik aparatının səhlənkarlığı açıq-aşkar şəkildə müşahidə olunurdu və müəyyən problemlərə də səbəb oldu. 

Bəyanatda deyilir: Vaşinqton məhkəməsinin Türkiyə prezidentinin gözətçilərinə qarşı hökm çıxarması və həmin səfərdə iştirakı olmayan bəzi gözətçilərin adlarının dərc edilməsi siyasi və qərəzli hərəkətdir və rəsmi Ankara onu pisləyir. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Vaşinqtona son səfərində onun gözətçilərindən bir qrupu Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısına toplaşan etirazçılarla toqquşdu. 

Bu hadisədən sonra Vaşinqton məhkəməsi Ərdoğanın gözətçilər komandasının 15 üzvünə və türkiyə heyətinin başqa 4 üzvünə qarşı cinayət işi açdı. 

Teqlər