Myanma böhranı Ərdoğanın diqqət mərkəzində
Türkiyə prezidenti 3 ölkə başçısı ilə saxladığı telefon əlaqəsində Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını dayandırmaq üçün beynəlxalq əməkdaşlığa təkid edib.
İSNA-nın məlumatına görə, Rəcəb Təyyib Ərdoğan Qazaxıstan, Seneqal və Nigeriya başçıları ilə saxladığı telefon əlaqəsində Myanma böhranı və bu ölkə müsəlmanlarına qarşı növbəti zorakılıq halları barədə danışıqlar aparıb.
Ərdoğan bundan öncə də İran prezidenti Həsən Ruhani, Mavriyaniya prezidenti Məhəmməd Vələd Əbdüləziz, Pakistan prezidenti Məmnun Hüseyn və Qətər əmiri Şeyx Təmim Bin Həməd Ali Sani ilə telefon əlaqəsi saxlayaraq, Myanma müsəlmanlarına qarşı törədilən soyqırımının dayandırılmasına təkid etmişdi.
Türkiyə prezidenti həmçinin, BMT və İslam Əməkdaşlıq Təşkilatından Myanma müsəlmanlarına yardım etmələrini istəmişdi.
Myanmada müsəlmanlara qarşı soyqırımı 25 avqust tarixindən başladılıb. Müsəlmanlara qarşı tükürpədici cinayətlər zamanı Myanma ordusu uşaqların başlarını kəsir, insanları diridiri yandırır. 60 mindən çox müsəlman Myanmadan qaçaraq Banqladeşə sığınıb.