Türkiyə İraq Kürdüstanında referendumun keçirilməsinə qarşı çıxıb
Türkiyə İaq Kürdüstanının ayrılması ilə əlaqədar referendumun keçirilməsinə bir daha qarşı çıxıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi cümə axşamı günü bir bəyanatda İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsini qeyri-qanuni adlandıraraq bildirib: Bu bölgə rəhbəri Məsud Barzaninin referendumun keçirilməsinə israr etdiyi halda, onun özü bunun bədəlini ödəyəcək.
Türkiyə XİN İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsinin qeyri-qanuni olması haqda İraq parlamentinin qərarını dəstəkləyərək bildirib: İraq kürdlərinin bu referendumu keçirməyə dair qərarı yanlış qərardır.
İraqın Kürdüstan bölgəsinin partiyaları 7 iyunda Məsud Barzaninin iştirakı ilə keçirilən iclasda Kürdüstanın İraqdan ayrılmasına dair referendumun 25 sentyabrda keçirilməsi ilə razılaşıblar.
İraq Kürdüstanının referendumun keçirilməsinə dair israrı İraq dövləti, İraqın müxtəlif qrupları və region ölkələrinin qətiyyətli reaksiyası ilə üzləşmişdir.