Fransız jurnalist Türkiyədə azad olunub
Sen 16, 2017 05:35 Asia/Baku
Ötən 2 avqustda Türkiyənin cənub-şərqində Şırnak şəhərində saxlanılaraq həbs olunan fransız jurnalist azad olunub.
İRNA-nın məlumatına görə, Türkiyə təhlükəsizlik qüvvələri fransız jurnalist Lop Boreonu PKK-ya kömək və əməkdaşlıq etmək ittihamı ilə Şırnak şəhərində saxlamışdılar.
Bu fransız jurnalist ötən gün ilk məhkəmə iclasından sonra azad olunub.
Türkiyə Şırnak Şəhər Ağır Cinayətlər Məhkəməsinin 3-cü şöbəsi bu fransız jurnalistin azad olunması qərarını, eləcə də onun Türkiyə ərazisindən çıxarılması qərarını verib.
Fransa prezidenti Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki telefon əlaqəsində fransız jurnalistin azad olunmasını istəmişdi.
Teqlər