Ərdoğan Barzanini tənqid etdi
Türkiyə prezidenti deyib: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsi üçün kürdlərin qərarı tamamilə yanlışdır.
İRİB-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan deyib: Məsud Barzani İraqın ərazi bütövlüyü haqda bizim həssaslığımızı tam şəkildə bilir.
Türkiyə Xarici İşlər Nazirliyi də cümə axşamı günü bir bəyanatda İraq Kürdüstanının ayrılması üzrə referendumu qeyri-qanuni adlandıraraq bildirib: İraq Kürdüstanının rəhbəri bu referendum keçirildiyi halda, özü onun bədəlini ödəyəcək.
İraq Kürdüstanının partiyaları ötən 7 iyunda Məsud Barzaninin iştirakı ilə keçirilən iclasda Kürdüstanın İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsini qəbul ediblər.
İraq Kürdüstanının referendumun keçirilməsinə israr etməsi İraq dövləti, müxtəlif İraq qrupları və region ölkələrinin ciddi reaksiyası ilə üzləşib.