Sen 17, 2017 09:57 Asia/Baku
  • Türkiyə Almaniya səfirinə xəbərdarlıq etdi
    Türkiyə Almaniya səfirinə xəbərdarlıq etdi

Türkiyə Xarici İşlər Nazirliyi şənbə günü Almaniyanın Ankaradakı səfiri Martin Erdmanı çağırtdırıb, PKK tərəfdarlarının Almaniyanın Köln şəhərində yürüş təşkil etməsinə etiraz edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Almaniya hökumətinin PKK tərəfdaşlarına yürüş keçirmək icazəsi verməsini qınayıb. 

Şənbə günü Almaniyanın Köln şəhərində PKK terror qruplaşmasının tərəfdarları aksiy akeçiriblər. 

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ da son zamanlar Berlini PKK və Gülən hərəkatını himayə etməkdə ittiham edib və Almaniyanı "terrorçuların cənnəti" adlandırıb. 

Almaniya və Türkiyə əlaqələrindəki gərginlik ötən aylar ərzində Berlinin Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdinidə iştirak etmiş şəxslərə sığınacaq verməsi, PKK terrorçularını himayə etməsi, Türkiyədə Konstitusiyaya dəyişiklik üzrə referendumun keçirilməsi ilə müxalifət etməsi kimi məsələlər üzündən xeyli gərginləşib. Son zamanlar isə 12 Alman vətəndaşının Türkiyədə həbs edilməsi gərginliyin daha da artmasına səbəb olub. 

Teqlər