Türkiyə Əfqanıstandan Gülən məktəblərini bağlamasını istədi
Sen 17, 2017 12:48 Asia/Baku
-
Türkiyə Əfqanıstandan Gülən məktəblərini bağlamasını istədi
Türkiyə hökuməti Əfqanıstan rəsmilərindən bu ölkədə fəaliyyət göstərən Gülən məktəblərinin bağlanılması istiqamətində addım atmalarını istəyib.
İRNA-nın məlumatına görə, Türk Əməkdaşlığı və Koordinasiya Agentliyinin (TİKA - Türk İşbirliği ve Koordinasyon Ajansı) Herat proqramı koordinatoru Əli Ergün Çinar bazar günü Əfqanıstanın qərbində yerləşən Herat şəhərində bir yetimxanada 150 uşaq üçün təşkil edilmiş şam ziyafətində Gülənə bağlı məktəblərin mahiyyət baxımından terrorçu olduğunu bildirib və Əfqanıstan rəsmilərindən Gülənə bağlı olan Əfqan-Türk məktəblərinin fəaliyyətini dayandırmalarını istəyib.
Teqlər