Türkiyə baş naziri İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi üzrə səylərə reaksiya verib
Sen 22, 2017 19:17 Asia/Baku
Türkiyənin baş naziri İraq Kürdüstanında referendumun keçirilməsi üzrə səylərə işarə edərək, deyib: Ankara İraqın sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcək.
İSNA-nın məlumatına görə Binalı Yıldırım cümə günü deyib: Ankara öz beynəlxalq hüququndan istifadə edərək, İraq Kürdüstanının bu separatçı hərəkətindən qaynaqlanan təhlükəsizlik böhranını önləməyə çalışacaq.
Binali Yıldırım həmçinin deyib: Bu referendumun keçirilməsi Türkiyənin milli təhlükəsizliyinə zərbə vuracaq.