Türkiyə qüvvələrinin İraq və Suriyadakı iştirakı müddəti uzadılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i283451-türkiyə_qüvvələrinin_İraq_və_suriyadakı_iştirakı_müddəti_uzadılıb
Türkiyə Böyük Millət Məclisi TBMM bu ölkə qüvvələrinin İraq və Suriyadakı iştirakı müddətinin bir il uzadılmasının lehinə səs verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2017 10:02 Asia/Baku
  • Türkiyə qüvvələrinin İraq və Suriyadakı iştirakı müddəti uzadılıb
    Türkiyə qüvvələrinin İraq və Suriyadakı iştirakı müddəti uzadılıb

Türkiyə Böyük Millət Məclisi TBMM bu ölkə qüvvələrinin İraq və Suriyadakı iştirakı müddətinin bir il uzadılmasının lehinə səs verib.

İRNA-nın məlumatına görə, bu layihə şənbə günü AKP, CHP və MHP deputatlarının lehinə səsi ilə təsdiqlənib.

Bu layihənin təsdiqlənməsi ilə Türkiyə hökuməti Astana müzakirələri anlaşmasına əsasən Suriya ərazisində, o cümlədən İdlib şəhərində hərbi hərəkətlər, eləcə də İraqın şimalında ehtimal olunan hərbi hərəkətlər üçün qanuni icazəni əldə edib.

Türkiyə parlamentinin bu ölkə hərbçilərinin İraq və Suriyada iştirakı müddətinin uzadılmasının lehinə səs verməsi kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsindən iki gün öncə həyata keçirilib.

Türkiyə bundan öncə bildirib ki, kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referenduma reaksiyada təhlükəsizlik, siyasi və iqtisadi addımları həyata keçirəcək.