Sen 25, 2017 18:04 Asia/Baku
  • Ərdoğan İraq kürdüstanı rəsmilərinə xəbərdarlıq etdi
    Ərdoğan İraq kürdüstanı rəsmilərinə xəbərdarlıq etdi

Türkiyə prezidenti İraq Kürdüstanı başçılarının özbaşınalıqlarını davam etdirəcəyi təqdirdə Ankaranın iqtisadi sanksiyalar və hərbi müdaxilə seçimlərini prioritet olaraq qərar verəcəyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar ertəsi günü İstanbulda deyib: İraq Kürdüstanı ilə bağlı bütün seçimlər o cümlədən İraqın şimal neftinin nəqlinin dayandırılması, gömrük məntəqələrinin bağlanılması və hətta, hərbi müdaxilə seçimlərinin masa üzərində olduğunu deyib. 

Ərdoğan Türkiyənin öz sərhədlərində qondarma bir rejimin formalaşmasına icazə verməyəcəyini deyərək, əlavə edib: Ankara hökumətinin mövqeyi tam aydındır və İraq Kürdüstanında keçirilən separatçı referendumun nəticəsi bu ölkə konstitusiyasına zidd olaraq, qeyri qanunidir. 

Ərdoğan əlavə edib: İraq xalqı və hökumətinin hər zaman olduğundan daha artıq birlik və həmrəyliyə ehtiyaclı olduğu bir zamanda İraq Kürdüstanı başçılarının separatçı addımlar atması heç bir vəchlə qəbul edilə bilməz. 

Ərdoğan daha sonra Türkiyənin təhlükəsizliyinə qarşı təhdid yaranacağı təqdirdə, çox kəskin rəftar edəcəyini də qeyd edib. 

Türkiyə rəsmiləri ötən günlər ərzində dəfələrlə İraq Kürdüstanında separatçı referendumun keçirilməsini qeyri qanuni elan edərək, bu addımın regionda ciddi problemlərə yol açacağı barədə İraq Kürdüstanı rəhbərliyinə xəbərdarlıq ediblər. 

Türkiyə Milli Təhlükəsizlik Şurasının dünən yaydığı bəyanata görə, bu ölkə öz hava sahəsini də İraq Kürdüstanı üçün bağlı elan edib. 

Region ölkələrinin etirazlarına və beynəlxalq reaksiyalara rəğmən İraq Kürdüstanı yerli rəhbərliyi bu günə təyin edilmiş referendumu təxirə salmayıblar. 

 

Teqlər