Sen 28, 2017 18:16 Asia/Baku
  • Türkiyə prezidenti
    Türkiyə prezidenti

Türkiyə prezidenti deyib ki, sionist rejimin casusluq təşkilatı MOSSAD İraq Kürdüstanında referendumun keçirilməsinin himayədarı olub.

İRİB-in verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Ankarada əhali qarşısında etdiyi çıxışında deyib: Sionist rejim və onun casusluq təşkilatı regionda parçalanma fitnə və təfriqə planlarını bu dəfə reallaşdıra bilməyəcəklər.

Ərdoğan bir daha İraq Kürdüstanının ayrılması üzrə referendumun və onun nəticəsinin heç bir dəyərə malik olmadığını bildirərək İraq Kürdüstanı başçılarının bu hərəkətin hərhansı nəticələrində məsuliyyət daşıdıqlarını deyib.

Türkiyə prezidenti öncə də kürd müxtariyyətindəki referendumun onların məğlubiyyəti ilə nəticələnəcəyini bildirərək demişdi ki, kürdlər mərkəzi hökumətdən ayrılarlarsa onların problemləri daha da artacaq.

 

Teqlər