Okt 01, 2017 20:08 Asia/Baku
  • Türkiyə baş nazirindən İraq Kürdüstanı məntəqəsinin başçısına xəbərdarlıq

Türkiyənin baş naziri xəbərdarlıq edib ki, İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizani regionda baş verəcək hadisələrdə məsuliyyət daşıyır.

Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyənin baş naziri Binalı Yıldırım bu ölkənin şimal-qərbində etdiyi çıxışında İraq Kürdüstanı məntəqəsində separatçılıq referendumunun keçirilməsini yanlış hərəkət adlandırıb və deyib ki, bu referendum regionun təhlükəsizliyini xətərə salır.

Türkiyənin baş naziri əlavə edib: İraq Kürdüstanı məntəqəsindəki separatçılıq referendumu Türkiyənin suverenliyi, ərazi bütövlüyü və maraqlarına ziyan vurur və Ankara belə bir məsələnin qarşısında susa bilməz.

İraq Kürdüstanı məntəqəsində separatçılıq referendumu beynəlxalq və regional müxalifətlərə, eləcə də İraqın mərkəzi dövlətinin müxalifətinə rəğmən və İraqın əsas qanunu ilə ziddiyyət təşkil etdiyi bir halda sentyabrın 25-də İraq Kürdüstanı məntəqəsində keçirildi.

 

 

Teqlər