Türkiyə ordusunun baş qərargah rəisi Tehranda
https://azeri.sahartv.ir/news/türkiyə-i284101-türkiyə_ordusunun_baş_qərargah_rəisi_tehranda
Türkiyə ordusunun baş qərargah rəisi dünən gecə yüksək səviyyəli hərbi heyətlə Tehrana daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2017 07:15 Asia/Baku
  • Türkiyə ordusunun baş qərargah rəisi Tehranda
    Türkiyə ordusunun baş qərargah rəisi Tehranda

Türkiyə ordusunun baş qərargah rəisi dünən gecə yüksək səviyyəli hərbi heyətlə Tehrana daxil olub.

General Hulusi Akar Tehrana daxil olarkən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin beynəlxalq məsələlər üzrə müavini general pasdar Qədir Nezami tərəfindən qarşılanıb.

Bu səfər İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-pasdar Mohəmməd Baqerinin başçılığı altında olan İranın yüksək səviyyəli hərbi heyətinin avqust ayında Türkiyəyə olmuş səfərinə cavab istiqamətində həyata keçirilir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da tezliklə Tehrana səfər edəcəkdir.