Okt 05, 2017 17:03 Asia/Baku
  • Ərdoğan: Ankara, Tehran və Bağdad İraq Kürdüstanı neftinin ixracına mane olacaq
    Ərdoğan: Ankara, Tehran və Bağdad İraq Kürdüstanı neftinin ixracına mane olacaq

Türkiyə prezidenti İrana bir günlük səfərindən qayıtdıqdan sonra, Kürdüstan muxtariyyətinin dünya bazarlarına neft ixracatının qarşısının alınması üzrə Ankara, Tehran və Bağdadın birgə qərarından xəbər verib.

Hürriyyət qəzetinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: Ankara, Tehran və Bağdad arasında əldə olunan koordinasiyalarla kürdlər tərəfindən İraqın şimal neftinin ixracı dayandırılacaq. 

Türkiyə prezidenti kürd muxtariyyətinin İraqın şimalında neftlə zəngin Kərkük vilayətinə nəzarət etməyə çalışmasına toxunaraq bu vilayət haqda tezliklə qərarların veriləcəyini bildirib. Çünki kürdlərin oradakı iştirakı qeyri-qanunidir. 

Hal-hazırda İraq kürdüstanı öz istehsal etdiyi nefti Türkiyə vasitəsi ilə dünya bazarlarına ixrac edir. 

İrana bir günlük səfərindən qayıdarkən jurnalistlərə açıqlama verən Ərdoğan həmçinin neftlə zəngin Kərkük vilayətini kürd muxtariyyətində keçirilən referendumla əlaqələndirmək üzrə Ərbilin cəhdini qeyri-qanuni adlandırıb. 

Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə 25 sentyabrda keçirilən referendum İraq parlamentinin bu muxtariyyətə qarşı yeni qərarlar verməsinə səbəb olmuşdur. 

Teqlər