ABŞ-ın İstanbuldakı konsulluğunun işçisinin həbsi barədə açıqlama
https://azeri.sahartv.ir/news/türkiyə-i284965-abŞ_ın_İstanbuldakı_konsulluğunun_işçisinin_həbsi_barədə_açıqlama
Türkiyə baş nazirinin müavini deyib: ABŞ-ın İstanbuldakı konsulluğunun işçisinin həbsi Türkiyədə adi təhqiqatın bir hissəsi olmuşdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2017 11:35 Asia/Baku
  • ABŞ-ın İstanbuldakı konsulluğunun işçisinin həbsi barədə açıqlama
    ABŞ-ın İstanbuldakı konsulluğunun işçisinin həbsi barədə açıqlama

Türkiyə baş nazirinin müavini deyib: ABŞ-ın İstanbuldakı konsulluğunun işçisinin həbsi Türkiyədə adi təhqiqatın bir hissəsi olmuşdur.

İRİB-in verdiyi məlumata görə, Memet Şimşek dünən Ankara-Vaşinqton arasında çaxnaşmaları azaltmağa yardım məqsədi ilə etdiyi çıxışında deyib: Ankara-Vaşinqton əlaqələrində ən əsas məsələ Türkiyədəki Amerikan diplomatları və işçilərinin təhlükəsizliyinin mühafizəsidir. 

Amerikanın İstanbuldakı konsulluğunun işçisi Metin Topuz ötən həftə İstanbul prokurorunun göstərişi ilə Gülən qrupu ilə əlaqədə olmaq və casusluq ittihamı ilə Türkiyənin təhlükəsizlik polisi tərəfindən həbs edildi. 

Amerika bu həbsə reaksiya əlaməti olaraq bazar ertəsi günündən İstanbul konsulluğunda vizanın verilməsini dayandırıb.