Türkiyə XİN rəhbəri: Amerikanın istəyinə təslim olmayacağıq
Türkiyənin xarici işlər naziri deyib: Rəsmi Ankara ABŞ ilə viza rejimi barədə yaranan münaqişədə Vaşinqtonun şərtlərinə təslim olmayacaq.
Yeni Şəfəq portalının bildirdiyinə görə, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ankara-VAşinqton ixtilafının dinc yolla həll edilməsini vurğulasa da eyni zamanda Türkiyənin ABŞ qarşısında təslim olmayacağını vurğulayıb.
İki həftə öncə ABŞ-ın Türkiyədəki 1 türk işçisi Gülənlə əlaqədə olmaq ittihamı ilə həbs edildikdən sonra iki ölkə arasında əlaqələr gərginləşməyə üz tutub.
Amerika buna cavab olaraq Türkiyə vətəndaşlarına viza verməyi dayandırıb və Türkiyədə eyni addım atıb.
Bu problemin həlli üçün müzakirə məqsədi ilə bazar ertəsi günü Amerikadan bir diplomatik heyət gəldi. Ancaq müzakirələr rəsmi Ankaranın ABŞ səfirliyinin işçisinin həbsi barədə qaneedici fakt təqdim etməsi ilə şərtləndirilib.