Okt 19, 2017 14:40 Asia/Baku
  • İİR vitse prezidenti Ankarada rəsmi qarşılanıb
    İİR vitse prezidenti Ankarada rəsmi qarşılanıb

İran İslam Respublikası prezidentinin birinci müavini Ankarada Türkiyənin baş naziri tərəfindən rəsmən qarşılanıb.

İRİB-in verdiyi məlumata görə, İİR prezidentinin birinci müavini İshaq Cahangiri dünən gecə bir heyətin müşayiəti ilə Ankaraya daxil olub. Bu gün səhər Türkiiyənin baş naziri Binəli Yıldırım tərəfindən qonağı rəsmən qarşılama mərasimi keçirilib. 

İshaq Cahangiri Ankaraya daxil olarkən müxbirlərə verdiyi müsahibədə İran və Türkiyənin regionun iki önəmli və təsirli ölkəsi olduğunu bildirərək deyib: İran İslam Respublikası və Türkiyə birgə əməkdaşlıq yolu ilə region problemlərini həll edə bilərlər. 

İki ölkənin yüksək səviyyəli heyətlərinin birgə iclasında iştirak, Türkiyənin baş naziri ilə birgə mətbuat konfransı Cahangirinin Ankara səfərinin bu günkü proqramına daxildir. 

İranın vitse prezidenti D8 iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin 9-cu sammit iclasında iştirak üçün bu gün İstanbula gedəcək. 

D8 qrupu İran, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriyadan ibarət inkişaf etməkdə olan 8 müsəlman ölkədən ibarətdir. Bu qrup 1997-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlıqların gücləndirilməsi məqsədi ilə yaradılmışdır.  

Teqlər