Avropa Türkiyəyə maliyyə yardımlarını azaltmağı planlaşdırır
AB Türkiyəyə maliyyə yardımlarının məhdudlaşdırılmasını gündəmə gətirib.
Hendels Blat qəzetinin yazdığına görə, Almaniya kansleri Angela Merkel bu gün və sabah Brusseldə keçiriləcək Avropa Birliyinin iclasında Türkiyənin AB-yə üzvlüyə hazırlanması üçün bu ölkəyə maliyyə yardımlarının məhdudlaşdırılması barədə mövqe bildirəcək.
Buna baxmayaraq Türkiyənin AB-yə üzvlüyü müzakirələrinin dayandırılması qeyri-mümkün görünür.
Merkelin seçki kampaniyasındakı şüarlarına daxil olan Türkiyənin AB-yə üzvlük müzakirələrinin dayandırılması ideasının reallaşması üçün Avropa Birliyinin bütün üzvlərinin razılığı lazımdır.
Ekspertlər belə bir razılaşmanın əldə olunması və AB-nin Türkiyəyə maliyyə yardımlarının tam dayandırılmasının qeyri-mümkün olduğunu deyirlər.
Türkiyə ilə Avropa Birliyi arasında əlaqələr ötən il Türkiyədə uğursuz dövlət çevrilişindən sonra gərginləşib.
Bir çoz avropalı rəsmilər Türkiyə prezidentini müxaliflərə qarşı repressiv siyasətdə ittiham edir və bu ölkə ilə AB arasında üzvlük müzakirələrinin dayandırılmasını istəyirlər.