Cahangiri: İran və Türkiyə 30 mld. dollarlıq ticarət dövriyyəsi üçün çalışmalıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i285494-cahangiri_İran_və_türkiyə_30_mld._dollarlıq_ticarət_dövriyyəsi_üçün_çalışmalıdır
İran İslam Respublikasının vitse-prezidenti deyib: İran Türkiyə ilə ildə 30 milyard dollarlıq ticarət dövriyyəsinin reallaşması üçün bütün səylərini səfərbər edəcək və bu səylərin iki ölkədə həyata keçiriləcəyinə ümid edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2017 14:41 Asia/Baku
  • Cahangiri: İran və Türkiyə 30 mld. dollarlıq ticarət dövriyyəsi üçün çalışmalıdır
    Cahangiri: İran və Türkiyə 30 mld. dollarlıq ticarət dövriyyəsi üçün çalışmalıdır

İran İslam Respublikasının vitse-prezidenti deyib: İran Türkiyə ilə ildə 30 milyard dollarlıq ticarət dövriyyəsinin reallaşması üçün bütün səylərini səfərbər edəcək və bu səylərin iki ölkədə həyata keçiriləcəyinə ümid edir.

İshaq Cahangiri cümə günü İran və Türkiyənin yüksək səviyyəli heyətinin birgə iclasında deyib: Türkiyə baş naziri iki ölkənin birgə iqtisadi komissiyasının iclasının mövcud maneələrin qaldırılması üzrə tezliklə keçirilməsini istəyib. 

Türkiyə baş naziri Binəli Yıldırım da bu iclasda İran və Türkiyənin regionda, xüsusilə də Suriya və İraqda terrorizmlə mübarizə kimi təhlükəsizlik məsələlərində əməkdaşlığına toxunub və kürd muxtariyyətində referendum haqda  İran, Türkiyə və İraqın üçtərəfli əməkdaşlığını müsbət qiymətləndirib.