Türkiyə Suriyanın şimalnıda hərbi baza yaratmaq niyyətindədir
https://azeri.sahartv.ir/news/türkiyə-i285552-türkiyə_suriyanın_şimalnıda_hərbi_baza_yaratmaq_niyyətindədir
Türkiyə mediaları bu ölkənin silahlı qruplara nəzarət etmək bəhanəsi ilə Suriyanın şimalında hərbi bazalar yaratmaq niyyətində olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2017 07:08 Asia/Baku
  • Türkiyə Suriyanın şimalnıda hərbi baza yaratmaq niyyətindədir
    Türkiyə Suriyanın şimalnıda hərbi baza yaratmaq niyyətindədir

Türkiyə mediaları bu ölkənin silahlı qruplara nəzarət etmək bəhanəsi ilə Suriyanın şimalında hərbi bazalar yaratmaq niyyətində olduğunu bildiriblər.

İRNA-nın məlumatına görə, Yeni Şəfəq qəzeti bir məqalədə iddia edib ki, Suriyanın şimalında 4 milyon əhalisi olan  İdlib şəhəri mühafizə olunmağa ehtiyaclıdır və Türkiyə ordusu bu məqsədlə həmçinin Ankaraya müxalif kürd qüvvələrin mühasirə halqasını daraltmaq üçün İdlibdə 8 hərbi baza yaratmaq niyyətindədir. 

Türkiyə hökumətinə yaxın qəzet əlavə edib: Türkiyə ordusu İdlib şəhərinə nəzarət etmək üçün 14 məkanda gözətçi qülləsi yaradacaq. 

Suriya dövlətinin etirazlarına rəğmən, Türkiyə ordusu bir həftə öncədən Suriyanın şimal-qərb sərhədlərindən keçib və İdlib vilayəti və şəhərinin bir sıra bölgələrində yerləşib.