Türkiyə bir daha ABŞ-dan Güləni təhvil verməsini istəyib
https://azeri.sahartv.ir/news/türkiyə-i285595-türkiyə_bir_daha_abŞ_dan_güləni_təhvil_verməsini_istəyib
Türkiyənin ədliyyə naziri bir daha ABŞ rəhbərlərindən istəyib ki, 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişinin amili olan Fətullah Güləni bu ölkəyə təhvil versin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2017 08:46 Asia/Baku
  • Türkiyə bir daha ABŞ-dan Güləni təhvil verməsini istəyib
    Türkiyə bir daha ABŞ-dan Güləni təhvil verməsini istəyib

Türkiyənin ədliyyə naziri bir daha ABŞ rəhbərlərindən istəyib ki, 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişinin amili olan Fətullah Güləni bu ölkəyə təhvil versin.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Əbdül-Həmid Gül Ankarada müxbirlərə verdiyi müsahibədə deyib: ABŞ rəsmilərinin Fətullah Güləni Türkiyəyə təhvil verməkdən çəkinmələri elə bir şəraitdədir ki, rəsmi Ankara Fətullah Gülənin 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişində əli olmasını sübut edən bütün faktları Amerika rəsmilərinin ixtiyarına verib. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da vaxtı ilə demişdi ki, ABŞ-ın Fətullah güləni təhvil verməkdən çəkinməsi  Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir buraxacaq. 

Amerika bildirir ki, Ankara Fətullah Gülənin dövlət çevrilişində əli olması barədə aydın dəlillər təqdim etməlidir. 

2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra Türkiyədə bu çevrilişlə əlaqəsi olmaq ittihamı ilə 60 mindən çox hərbçi, polis əməkdaşı, hakim, müəllim, dövlət işçisi həbs edilib yaxud işdən qovulub.