Okt 23, 2017 19:56 Asia/Baku
  • Türkiyə ordusu PKK-ya qarşı əməliyyat aparıb
    Türkiyə ordusu PKK-ya qarşı əməliyyat aparıb

Türkiyədə xəbər mənbələri Türkiyə silahlı qüvvələrinin Diyarbəkirdə PKK-ya qarşı müştərək əməliyyata başlamasından xəbər veriblər.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Əməliyyata bu gün Türkiyənin cənub şərqində Silvan şəhərinin Səlahəddin bölgəsində polis və jandarma qüvvələri tərəfindən start verilib. 

Ərazidə atışma səslərinin eşidilməsindən sonra polis və jandarma qüvvələri ərazinin bütün giriş-çıxış nöqtələrini bağlayıblar. 

Deyilənlərə görə, Türkiyə təhlükəsizlik qüvvələri hal-hazırda Səlahəddində evlərdə axtarış aparırlar. 

Son günlər  İraqın şimalında Zab bölgəsində PKK üzvlərinin əməliyyatında 2 Türkiyə hərbçisi öldürüldü, 2 nəfər də yaralandı. 

2015-ci il iyul ayından bəri Türkiyə ordusu ilə PKK arasında baş verən toqquşmalarda 600 Türkiyə əsgəri və 7 min PKK-çı ölüb. 

Teqlər