Ərdoğan bir daha Qərbi çətin vəziyyət qarşısında qoydu
Okt 24, 2017 15:51 Asia/Baku
-
Ərdoğan bir daha Qərbi çətin vəziyyət qarşısında qoydu
Türkiyə preziidenti Avropa və Amerikanı terrorizmi himayə etməkdə ittiham etdi
İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı deyib: ABŞ və Avropa ölkələrinin PKK, PYD və YPG kimi kürd yaraqlı qruplaşmalarını himayə etməsi sübut edilib və bunu inkar edə bilməzlər.
Ərdoğan deyib: Amerika bizim müttəfiqimiz olduğu halda Suriyada kürd yaraqlılarına 3500 tır silah verib. Almaniya və Fransa da terrorçuları himayə edərək, onların bu ölkələrdə azad fəaliyyət göstərmələrinə icazə verirlər.
Türkiyə prezidenti həmçinin deyib: Regionda Qərbi izlədiyi üçün ziyana uğramayan kimsə yoxdur. Buna görə də, gələcəkdə regiondakı böhranların başa çatacağı zaman, bir-birinin kənarında qalan region xalqları olacaq.