Türkiyədə Xİ Nazirliyinin yüzlərlə sabiq işçisi həbs edilib
Türkiyə polisi Xarici İşlər Nazirliyinin 121 sabiq əməkdaşını Fetö əməliyyatı çərçivəsində həbs edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə polisi bu şəxslərin həbs edilməsi əməliyyatına onlar barəsində Məhkəmə tərəfindən həbs qərarının çıxarılmasının ardınca başlayıb. Bu əməliyyata bu gün ölkənin 30 vilayətində eyni zamanda start verilib.
Saxlanılan şəxslər əsasən Gülən hərəkatı ilə əməkdaşlıqda ittiham edilərək, tutduqları vəzifədən azad edilən şəxslərdirlər.
Bu şəxslər "Bylock" proqramının istifadəçiləridirlər. "Bylock" proqramı Gülən tərəfdarları arasında gizli yazışmaların aparılması üçün hazırlanmış bir proqramdır.
Türkiyə hökuməti 15 iyul 2016-cı il tarixində dövlət əleyhinə uğursuz çevriliş cəhdinin Gülənçilər tərəfindən həyata keçirildiyini bildirir.