Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i285817-Ərdoğan_azərbaycan_respublikasına_səfər_edəcək
Türkiyə prezidenti sabah Azərbaycan Respublikasına səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2017 09:20 Asia/Baku
  • Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək
    Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək

Türkiyə prezidenti sabah Azərbaycan Respublikasına səfər edəcək.

Türkiyənin Axəbər internet portalının verdiyi məlumata görə, Türkiyə prezident aparatının mətbuat xidməti bildirib ki, Rəcəb Təyyib Ərdoğan Azərbaycan Respublikasına iki günlük səfərində Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi mərasimində iştirak edəcək. 

Bu mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Georgi Kvirikaşvili də iştirak edəcəklər. 

Türkiyə və Azərbaycan Respublikası strateji əməkdaşlıqlar ali şurasının 6-cı iclasında iştirak da Ərdoğanın Bakı səfərinin proqramına daxildir.