Putin və Ərdoğan Suriya böhranının həlli üçün siyasi səylərin davamına təkid ediblər
https://azeri.sahartv.ir/news/türkiyə-i285852-putin_və_Ərdoğan_suriya_böhranının_həlli_üçün_siyasi_səylərin_davamına_təkid_ediblər
Rusiya və Türkiyə prezidentləri Suriya böhranının həll yolları barədə danışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 06:37 Asia/Baku
  • Putin və Ərdoğan Suriya böhranının həlli üçün siyasi səylərin davamına təkid ediblər
    Putin və Ərdoğan Suriya böhranının həlli üçün siyasi səylərin davamına təkid ediblər

Rusiya və Türkiyə prezidentləri Suriya böhranının həll yolları barədə danışıblar.

TASS xəbər agentliyinin məlumatına görə, Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan şənbə günü axşam Suriyada siyasi həll yollarının inkişaf etdirilməsi, terrorizmlə mübarizə və təhlükəsiz məntəqələrin yaradılmasına zəmanət üzrə səylərin artırılması vacibliyini vurğulayıblar.

Suriyada sülh zəmanətçiləri kimi İran, Rusiya və Türkiyə, əhatəli atəşkəs müahidəsini qəbul etmiş silahlı müxaliflər və Suriya dövlətindən olan heyətlərin iştirakı ilə indiyədək Qazaxıstanın Astana şəhərində yüksək səviyyədə altı dövrə müzakirə keçirilib.