Ərdoğan Türkiyədə erkən seçkilərin zəruri olmadığını vurğulayıb
Okt 29, 2017 08:55 Asia/Baku
-
Ərdoğan Türkiyədə erkən seçkilərin zəruri olmadığını vurğulayıb
Türkiyə prezidenti ölkədə erkən yerli seçkilərin keçirilməsinin zəruri olmadığını vurğulayıb.
Rəcəb Tayyıb Ərdoğan dünən hakim partiyanın Türkiyənin Konya şəhərində keçirilən iclasında Türkiyə Xalq Cümhuriyyət Partiyasının sədri Kamal Kılıçdaroğlunun son təklifinə toxunaraq deyib ki, yerli seçkilər öz vaxtında və bu ölkədəki seçki proqramı təqviminə uyğun şəkildə keçiriləcək.
Türkiyədə ən böyük müxalif partiya sayılan Türkiyə Xalq Cümhuriyyət Partiyasının sədri ötən həftə bu ölkədə erkən yerli seçkilərin keçirilməsini istəmişdi ki, bu məsələni irəli sürməklə Türkiyə prezidentini problemlə üzləşdirmiş olsun.
Teqlər