Türkiyə ordusu ilə PKK arasında qarşıdurma baş verib
Noy 05, 2017 16:00 Asia/Baku
Türkiyə ordusunun bu ölkənin Şirnak vilayətindəki əməliyyatında PKK ünsürlərindən dörd nəfər öldürülüb.
Şirnak valiliyi bir bəyanat yayaraq, bildirib ki, PKK üzvlərindən dörd nəfər Türkiyə ordusu pilotsuzlarının əməliyyatında aşkarlanaraq, öldürülübdür.
Bu əməliyyatda PKK üzvlərinin sığınacaq kimi istifadə etdikləri məkan da dağıdılıbdır.
Şirnak valiliyi bildiribdir ki, bu məntəqədə PKK üzvlərinə qarşı əməliyyat davam etməkdədir.