Türkiyə İŞİD-in hücumları barədə xəbərdarlıq edib
Noy 07, 2017 11:03 Asia/Baku
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı(MİT) 13 vilayətdə İŞİD-in hücumlarının davam edəcəyi barədə xəbərdarlıq edib.
İranın İstanbul Türkcəsində yayımlanan radiosunun verdiyi məlumata görə, MİT bu gün bir bəyanat yayaraq bildirib ki, İŞİD-in Türkiyə ərazisində hücumları və ardıcıl partlayışlar törərməsi halları artıb.
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı xəbərdarlıq edib ki, terrorçu İŞİD qrupu Türkiyənin müxtəlif bölgələrində terror aktları törətmək və avtomobil partlayışları vasitəsi ilə həssa mərkəzlərə hücumlar planlaşdırır.
Türkiyə ordusu İraq və Suriya sərhədlərində Terrorçu İŞİD qrupunun mövqelərini bombaladıqdan sonra bu terrorçu qrup Türkiyəni terror hücumları ilə hədələyib.