Noy 10, 2017 10:16 Asia/Baku
  • Yıldırım Gülənin ekstradisiyasını istəyib

Vaşinqtona getmiş Türkiyənin baş naziri ABŞ vitse-prezidenti ilə görüşdə Gülənin ekstradisiyası və Amerikanın suriyalı kürd qruplara dəstək verməsinin dayandırılmasını istəyib.

Binali Yıldırım dünən gecə ABŞ vitse-prezidenti Mayk Pens ilə görüşdə bir daha Amerika dövlətindən istəyibdir ki, ötən il Türkiyədə həyata keçirilmiş uğursuz çevrilişdə ittiham olunan Güləni həbs edərək, Türkiyəyə təhvil versin.

O, elə bir halda Fəthullah Gülənin Amerikadakı fəaliyətinə son qoyulmasını istəyibdir ki, bu Türkiyə vətəndaşı on altı il bundan öncədən Amerikanın Pensilvaniya ştatının sakinidir və ötən il Türkiyədə həyata keçirilmiş çevrilişdə əlinin olmasını rədd edibdir.

Türkiyənin baş naziri həmçinin bu görüşdə Ankaranın Vaşinqtonun Suriyadakı kürd silahlı qruplarına silah yardımı etməsindən narazı olduğunu bildirərək, deyib: Amerikanın bu qrupa hərbi və silah dəstəyini dayandırmasını gözləyirik.

Türkiyənin baş naziri habelə ABŞ vitse-prezidenti ilə görüşdə əlavə edib: Nyu-Yorkda Türkiyənin bank rəsmilərinə qarşı yönəlmiş saxta sənədlərə malik işlərə baxılır və bunların davam etməsi iki ölkə əlaqələrinə ziyan vurur, zira iddia olunan sənədlər qanunsuz metodlarla toplanıbdır.

Türkiyənin baş nazir müavini, xarici işlər naziri, energetika və təbii mənbələr naziri üçgünlük Amerika səfərində bu ölkənin baş nazirini müşayiət edirlər.

Teqlər