Türkiyədə İŞİD cəlladı həbs olunub
Türkiyə mediaları İŞİD terror qrupunun cəlladlarından birinin bu ölkənin Kayseri şəhərində yaxalanmasından xəbər veriblər.
Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror qrupunun cəlladlarından olan Əbdulxaliq Əbdulqadiri həbs ediblər.
Türkiyədə çıxan Huriyyət qəzeti Əbdulxaliq Əbdulqadirin foto-şəkilini yayaraq, yazıbdır ki, o, İŞİD terror qrupunun tanınmış cəlladlarındandır; belə ki, o, öz qardaşı Əbdulqadir Əbdurrəhmanı İŞİD fərmanlarından boyun qaçırması üstündə qətlə yetirərək, şəkilini İŞİD-i təbliğ etmək üçün virtual mühitdə yayıbdır.
Belə bir halda, Türkiyə mediaları Ankarada İŞİD terror qrupu ilə bağlı yüzdən çox şübhəlinin həbs olunmasından xəbər veriblər.
Türkiyədə İŞİD terror qrupu üzvlərinin həbs olunmaları elə bir haldadır ki, Rəcəb Tayyib Ərdoğan dövləti bu ölkədə terrorizm qarşısında ikili strategiya yürüdür. Türkiyə dövləti özünün qərbli müttəfiqlərinin həmkarlığı ilə Suriya və İraqın dövlət qüvvələrinin, eləcə də insanların yatırılmaları və qırğın edilmələrində terrorçuları himayə edir.