Türkiyədə müasir hüquqşünaslar cəmiyyətinin sədri həbs olunub
Noy 10, 2017 11:07 Asia/Baku
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda müasir hüquqşünaslar cəmiyyətinin sədri Səlcuq Kuzağaçlını həbs ediblər.
Türkiyənin təhlükəsizlik qüvvələri Səlcuq Kuzağaçlını İstanbuldakı mənzilində həbs edərək, təhlükəsizlik polisi idarəsinə köçürüblər.
Bu məlumata görə, təhlükəsizlik polisi idarəsində Səlcuq Kuzağaçlının istintaqı davam edir. Hələ ki, onun hansı cinayət ilə bağlı həbs olunması barədə bir xəbər yayılmayıbdır.
Fövqəladə durumun bərqərar edilməsi istiqamətində Türkiyə müasir hüquqşünaslar cəmiyyətinin ofisi məhkəmə hökmü ilə plomblanıbdır.
Belə bir halda, 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən bu yana, Ərdoğan dövləti Türkiyənin müxtəlif sektorlarında geniş təmizləmə əməliyyatı həyata keçiribdir.
Teqlər