Türkiyə prezidenti Ərəbistan vəliəhdini tənqid etdi
-
Türkiyə prezidenti Ərəbistan vəliəhdini tənqid etdi
Türkiyə prezidenti Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın "liberal islam"a qayıdış haqda açıqlamasını tənqid edib.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezident Aparatında etdiyi çıxışında Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın "liberal islam"a qayıdış haqda açıqlamasına reaksiya verib.
Ərdoğan əlavə edib: Liberal islamın kökü qərbə aiddir.
Türkiyə prezidenti islam dinin liberal və ya qeyri-liberala bölünmədiyini bəyan edərək deyib: Heç kim islam dinində müxtəlif növlər yaradaraq hər bir məsələni ona aid edə bilməz.
Son vaxtlar Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman Ər-Riyadda etdiyi çıxışında deyib: Biz bütün mədəniyyətləri müsbət qarşılayan liberal islama qayıdacağıq.
Qeyd edək ki, Ərəbistan kralı Kral Salman bir müddətdir ki, Məhəmməd Bin Salmanı vəliəhdliyə təyin edib.