Türkiyə səfirliyi Güləni oğurlamaq təşəbbüsünü rədd etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i286413-türkiyə_səfirliyi_güləni_oğurlamaq_təşəbbüsünü_rədd_etdi
Türkiyənin ABŞ-dakı səfirliyi bəzi mediaların Ankaranın Güləni Amerikadan oğurlamaq üçün bəzi səylər həyata keçirməsi barədəki iddialarını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2017 07:13 Asia/Baku
  • Türkiyə səfirliyi Güləni oğurlamaq təşəbbüsünü rədd etdi
    Türkiyə səfirliyi Güləni oğurlamaq təşəbbüsünü rədd etdi

Türkiyənin ABŞ-dakı səfirliyi bəzi mediaların Ankaranın Güləni Amerikadan oğurlamaq üçün bəzi səylər həyata keçirməsi barədəki iddialarını rədd edib.

Türkiyədə çıxan Milliyyət qəzetinin internet səhifəsində yer alan məlumata görə, Türkiyənin Vaşinqtondakı səfirliyi Ankaranın Fətulla Güləni Amerikadan çıxartmağa çalışması barədə olan bütün iddiaları rədd edərək, bu iddiaları gülünc, əsassız və  yalan adlandırıb. 

Türkiyə səfirliyi həmçinin, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətulla Güləni 15 iyul 2016-cı il tarixində Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdinin arxasında duran əsas fiqur adlandırıb və Ankaranın onun qanuni yolla Türkiyəyə təhvil verilməsini gözlədiyini bildirib. 

ABŞ-ın NBC telekanalı və "Val Strit Jurnal" qəzeti cümə günü bir iddia irəli sürərək, Fətulla Güləni oğurlaması üçün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Felinə 15 milyon dollar rüşvətin təklif edilməsi və Maykl Felinin bu xüsusda Ankara rəsmiləri ilə danışıqlar apardığı barədə məlumat yayıblar.