İstanbul hava limanına hücumda şübhəli bilinənlərin mühakimə edilməsinə başlanıldı
-
İstanbul hava limanına hücumda şübhəli bilinənlərin mühakimə edilməsinə başlanıldı
2016-cı ilin iyununda İstanbul hava limanına hücumda ittiham edilənlərin mühakiməsinə start verilib.
France Press-in verdiyi məlumata görə, İstanbul məhkəməsi 2016-cı ilin iyun ayında İstanbul hava limanına edilmiş hücumda şübhəli bilinən 46 nəfərin məhkəmə prosesinə start verib.
Deyilənlərə görə, bu cinayət işində şübhəli bilinən 46 nəfərdən 42-si müvəqqəti həbsə məhkum edilib.
Bu məlumata görə, müttəhimlərdən 16-sı əslən çeçendir və Rusiya vətəndaşıdır. Müttəhimlər arasında Tunis, Misir, Əlcəzair, Suriya və Türkiyə vətəndaşları da var.
İstanbul hava limanına edilən hücum 28 iyun 2016-cı il tarixində baş verib. Bu hadisə zamanı 45 nəfər həyatını itirmiş, 163 nəfər isə yaralanmışdı. Hadisə qurbanlarından 16-sı xarici ölkə vətəndaşı olub.
Bu hadisənin məsuliyyətini hər hansı bir şəxs və ya qruplaşma öz üzərinə götürməsə də, bu terror aktının İŞİD tərəfindən törədildiyi ehtimal olunur.