Putin: Rusiyanın Suriyada İran və Türkiyə ilə əməkdaşlığı səmərəli olub
https://azeri.sahartv.ir/news/türkiyə-i286491-putin_rusiyanın_suriyada_İran_və_türkiyə_ilə_əməkdaşlığı_səmərəli_olub
Rusiya prezidenti bazar ertəsi günü Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşdə Rusiyanın İran və Türkiyə ilə əməkdaşlığının Suriyada böyük nailiyyətlər ilə yanaşı olduğunu deyərək, artıq Suriyada danışıqlar üçün şəraitin yarandığını söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2017 06:34 Asia/Baku
  • Putin: Rusiyanın Suriyada İran və Türkiyə ilə əməkdaşlığı səmərəli olub

Rusiya prezidenti bazar ertəsi günü Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşdə Rusiyanın İran və Türkiyə ilə əməkdaşlığının Suriyada böyük nailiyyətlər ilə yanaşı olduğunu deyərək, artıq Suriyada danışıqlar üçün şəraitin yarandığını söyləyib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Vladimir Putin deyib: Rusiya Suriya böhranının həll edilməsi üzrə İran və Türkiyə ilə əməkdaşlıqlarını davam etdirəcək. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bu görüşdə Astana müzakirələrinin konstruktivliyinə işarə edərək, deyib: Türkiyə və Rusiya bütün sahələrdə o cümlədən Suriya böhranı üçün həll yolunun tapılmasında birlikdə addım atırlar. 

Ərdoğan həmçinin, iki ölkə əlaqələrinin daha artıq genişləndirilməsi və möhkəmləndirilməsini istəyib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar ertəsi günü rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu ölkəyə səfər edib.