Ərdoğan: NATO İslamı düşmən kimi göstərmək istəyir!
https://azeri.sahartv.ir/news/türkiyə-i286939-Ərdoğan_nato_İslamı_düşmən_kimi_göstərmək_istəyir!
Türkiyə, İslam və türk dünyasının “çirkablara bulaşdırılması” istiqamətindəki istənilən cəhdlərə mane olmalıdır. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO ilə bağlı son qalmaqalı şərh edərkən bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2017 18:02 Asia/Baku
  • Ərdoğan: NATO İslamı düşmən kimi göstərmək istəyir!
    Ərdoğan: NATO İslamı düşmən kimi göstərmək istəyir!

Türkiyə, İslam və türk dünyasının “çirkablara bulaşdırılması” istiqamətindəki istənilən cəhdlərə mane olmalıdır. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO ilə bağlı son qalmaqalı şərh edərkən bildirib.

Türkiyə liderinin fikrincə, alyansın həqiqi məqsədi İslam və türk millətini “düşmən kimi göstərməkdir”.

 

Xatırladaq ki, Norveçdə keçirilən NATO təlimləri zamanı səsküylü qalmaqal baş verib. Belə ki, stolüstü sxemdə şərti düşmənlərdən biri kimi Mustafa Kəmal Atatürkün heykəlinin və Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri yerləşdirilib.

 

Bundan sonra NATO Baş katibi Yens Stoltenberq rəsmi şəkildə Türkiyədən üzr istəyib, lakin türkiyəli lider bunu qəbul etməyərək, təlimlərdəki ölkə hərbçilərini geri çağırıb.