Noy 22, 2017 11:06 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahələrdə İranla əməkdaşlıqların genişləndirilməsi prosesindən məmnunluq ifadə edib.

İRNA-nın məlumatına görə, Ərdoğan Türkiyə parlamentində Ədalət və İnkişaf Partiyası deputatlarının həftəlik iclasında çərşənbə günü İran, Rusiya və Türkiyə dövlət başçılarının Soçi şəhərində üçtərəfli iclasına toxunaraq əlavə edib: Son illərdə Ankara və Tehranın münasibətləri həmişə yüksələn xətt üzrə olmuşdur. 

Türkiyə prezidenti deyib: Soçi iclasında İran və Rusiya prezidentləri ilə ikitərəfli münasibətlər, Suriya və region olayları haqqında danışıqlar aparılacaq. 

Ərdoğanın sözlərinə görə, Türkiyə düşmənləri hazırda ABŞ məhkəmələri vasitəsi ilə Ankara əleyhinə öz planlarını icra etməyə çalışırlar. Lakin Türkiyəni hədələyənlərə reaksiyamız şəffaf və aydındır. 

Ərdoğan ABŞ-ın adını qeyd etmədən və dolayısı ilə rəsmi Vaşinqtona xitabən deyib: İŞİD-i məhv etdiklərini iddia edirlər, halbuki hal-hazırda Suriyada yerləşən kürd qruplarına silah göndərməkdədirlər. 

Türkiyə prezidenti deyib: Bütün bunlar demokratiyanın bölgəyə gətirilməsi və məzlumların müdafiəsi olmadığını göstərir, onların məqsədləri başqa şeydir və regionun coğrafi strukturunu dəyişmək istəyirlər. 

Teqlər