Ərdoğan Türkiyənin nüvə enerjisini əldə etməsini vurğulayıb
Noy 22, 2017 17:40 Asia/Baku
-
Ərdoğan Türkiyənin nüvə enerjisini əldə etməsini vurğulayıb
Türkiyə prezidenti bu ölkənin nüvə enerjisini əldə etməsini vacib adlandırıb.
Sputnik xəbər agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankarada Türkiyə Prezident Sarayında etdiyi çıxışında deyib: Türkiyə hökumətinin nüvə enerjisini əldə etməsinə çalışması bəzilərinin narahatlığı və narazılığına səbəb olub.
Ərdoğan bəzilərinin bu haqdakı nigaranlığının Türkiyə hökumətini maraqlandırmadığını bildirərək deyib: Türkiyə özü nüvə enerjisi istehsal edəcək.
Türkiyə nüvə enerjisi əldə etməyə çalışır. Ötən altmış il ərzində qərb düşərgəsində və NATO müttəfiqi olmasına rəğmən, nüvə texnologiyasından istifadə üçün həmin ölkələrin razılığını cəlb edə bilməmişdir.