Noy 25, 2017 15:20 Asia/Baku
  • Müxalifət partiyası: Güləni hökumətə hakim partiya daxil etdi
    Müxalifət partiyası: Güləni hökumətə hakim partiya daxil etdi

Türkiyə parlamentində ana müxalifət partiyasının sözçüsü hakim Ədalət və İnkişaf Partiyasının güləni hökumət aparatlarına daxil etdiyini iddia edib.

Türkiyədə çıxan Miliyyət qəzetinin bu günkü sayında yayılan məlumata görə, Xalx Cümhuriyyət Partiyasının parlamentdəki sözçüsü dünən İstanbulda bir neçə təhsil mərkəzinin açılışı mərasimində deyib: Biz əvvəlindən Gülən və onun rəhbərlik etdiyi qrupa etimadsız idik. 

Bülənd Tezcan iddia edib ki, Gülən qrupunu əslində hakim partiya dövlət orqanlarına daxil edib və bu gün onunla qarşılaşmağa başlayıb.

Türkiyə dövləti Fətullah Gülənin ölkədə məhkəmə, hərbiyyə, təhsil və digər dövlət orqanlarına nüfüz edərək uğursuz 15 iyul dövlət çevrilişini planlaşdırdığını bildirir. 

Gülən bu iddianı dəfələrlə rədd edib və bu kimi ittihiamlarda məqsədin müxalifətə qarşı repressiyalar həyata keçirmək və prezident Ərdoğanın səlahiyyətlərini artırmaq olduğunu deyib. 

Teqlər