Ərdoğan Trampın Qüds barədəki qərarının ləğvini vurğulayıb
Dek 16, 2017 10:15 Asia/Baku
-
Ərdoğan Trampın Qüds barədəki qərarının ləğvini vurğulayıb
Türkiyə prezidenti ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq qərarının ləğvini vurğulayıb.
Rəcəb Tayyıb Ərdoğan dünən İstanbulda etdiyi çıxışında deyib: Amerikanın Qüds barədəki qərarının ləğvi üçün BMT vasitəsilə hərəkətə başlanılıb və Ankara da bu istiqamətdəki addımlarını beynəlxalq və qanuni mərkəzlər yolu ilə atacaqdır.
Həmçinin Türkiyə baş nazirinin müavini və bu ölkə dövlətinin sözçüsü Bekir Bozdağ deyib: Nə qədər ki, Qüds məsələsi həll olunmayıb, Yaxın Şərqdəki problemlər öz həllini tapmayacaqdır.