Türkiyədə məhkəmə İstanbul aktında şübhəli bilinən 7 nəfərin azadlığına qərar verib
Dek 16, 2017 18:20 Asia/Baku
Türkiyədə bir məhkəmə şənbə günü ötən il İstanbulda dəhşətli terror aktında iştirak etməkdə şübhəli bilinən 7 nəfərin azad edilməsinə qərar verib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, bu şəxslər İstanbul şəhrində gecə klubuna hücumda iştirak etməkdə şübhəli bilinirdilər.
Təxminən bir il öncə naməlum silahlıların Türkiyənin İstanbul şəhərində gecə klubuna atəş açması nəticəsində azı 39 nəfər həlak oldu, 46 nəfər də yaralandı.
Silivri şəhər məhkəməsinin qərarına görə, bu aktda iştirak etdiyini etiraf etmiş bir Özbəkistan vətəndaşı daxil olmaqla 44 şübhəli həbsdə qalacaqdır.
Bu cinayət işində ümumilikdə 57 nəfər şübhəli bilinir. Məhkəmənin növbəti iclası 26 martda keçiriləcək.