Türkiyədə FETÖ ilə əlaqədar bir qrup şəxs saxlanılıb
Dek 24, 2017 14:49 Asia/Baku
Türkiyədə dövlət və ordu dairələrində 2700 nəfər Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə vəzifəsindən kənarlaşdırılıb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, işdən kənarlaşdırılan şəxslər Fətulla Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə suçlanıb.
2016-cı il 15 iyul uğursuz hərbi çevrilişdən sonra təxminən 50 min nəfər Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə saxlanılıb və 150 min işçi vəzifəsindən kənarlaşdırılmışdır.
Hərbçilər, polis məmurları, müəllimlər və dövlət idarələrinin işçiləri həmin şəxslər arasındadır.