Dek 29, 2017 12:33 Asia/Baku
  • Ərdoğan İƏT-in təsiredicilik qüdrətini vurğulayıb
    Ərdoğan İƏT-in təsiredicilik qüdrətini vurğulayıb

Türkiyə prezidenti vurğulayıb ki, İslam Əməkdaşlığı Təşkilatı region məsələlərində öz təsiredicilik qüdrətini artırmalıdır.

Rəcəb Tayyıb Ərdoğan Sudan, Çad və Tunisə rəsmi səfərindən geri dönərkən Ankarada deyib: İslam Əməkdaşlığı Təşkilatının Qüds barədə dekabrın 13-də İstanbulda keçirilən iclasında çıxarılan qərarlar bütün üzvlərin daha çox bu təşkilatın qüdrətinin artmasından xəbərdar olmasına səbəb oldu.

Türkiyə prezidenti əlavə edib: İslam Əməkdaşlığı Təşkilatı BMT-də təsiredici yerə malki olmalı və öz vəzifələrini daha qüdrətlə yerinə yetirməlidir.

ABŞ prezidenti dekabrın altısında Qüdsü saxta sionist rejimin paytaxtı elan etdi ki, Trampın bu hərəkəti beynəlxalq təşkilatların, ölkələrin başçılarının və xalqların geniş müxalifəti və reaksiyaları ilə üzləşdi.

Teqlər