Dek 30, 2017 20:14 Asia/Baku
  • Türkiyədə Gülən ilə əməkdaşlıq ittihamı ilə başqa 250 nəfər həbs edilib
    Türkiyədə Gülən ilə əməkdaşlıq ittihamı ilə başqa 250 nəfər həbs edilib

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin müxtəlif şəhərlərində 253 nəfəri Gülən qrupu ilə əməkdaşlıq ittihamı ilə həbs ediblər.

İRNA-nın verdiyi məlumata görə, Ankara, İstanbul, Zonquldağ, Ordu, Sivas, Eski Şehir və Atayda prokurorların qərarı ilə 253 şübhəli şəxs o sıradan 23 universitet müəllimi və 51 hərbçi Gülən qrupu ilə əməkdaşlıq ittihamı ilə həbs edilib. 

Türkiyə rəsmiləri Gülən qrupu ilə əlaqədə olanların sayının 170 min nəfər təşkil etdiyini bildirirlər və onların bir başa yaxud dolayısı ilə 2016-ci il uğursuz dövlət çevrilişi əməliyyatında rol oynadıqlarını bildirir. 

İndiyədən Türkiyə təhlükəsizlik qüvvələri Gülən qrupu ilə əlaqə ittihamı ilə 50 min nəfəri həbs edib 111 min dövlət işçisini isə işdən qovub. 

Teqlər