Yan 08, 2018 17:52 Asia/Baku
  • Türkiyənin iki vilayətində gediş-gəlişə qadağa elan olunub
    Türkiyənin iki vilayətində gediş-gəlişə qadağa elan olunub

Türkiyə hökuməti Bitlis və Şırnak vilayətlərində gediş-gəlişə qadağa qaydalarını tətbiq edib.

İRİB-in məlumatına görə, Türkiyənin cənub-şərqində Şırnak və Bitlis vilayətləri bəyanatlar verərək bildiriblər: Terror qruplarının təhdidləri qarşısında vətəndaşların həyatını və əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə bu iki vilayətin bir çox hissəsində bu gündən etibarən 15 gün müddətinə xüsusi hərbi-təhlükəsizlik zonası elan olunur. 

PKK üzvləri Türkiyənin cənub və cənub-şərq hissələrində fəaldırlar. 

Türkiyə ordusu bu bölgələrdə PKK əleyhinə əməliyyatlarını artırıb. 

Teqlər