Ərdoğan bir daha FETÖ ilə mübarizəyə təkid etdi
Yan 13, 2018 20:04 Asia/Baku
Türkiyə prezidenti Fətullah Gülənin başçılıq etdiyi FETÖ ilə mübarizənin davam etdirilməsini vurğulayıb və deyib: Bu qruplaşma Türkiyənin gələcəyinə zərbə vurub.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Marmara Universitetinin təsis edilməsinin 133 illiyi münasibəti ilə təşkil edilmiş mərasimdə deyib: Gülən hərəkatı Türkiyə xalqının aralarına nüfuz edib və təfriqə yaradıb.
Ərdoğan həmçinin deyib: Güləni himayə edən ölkələr bu qruplaşmaya olan dəstəklərini dayandırmalıdırlar.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da şənbə günü ABŞ-ın Gülənlə bağlı mövqeyini tənqid edib və Amerikadan hazırda bu ölkədə yaşayan Fətullah Güləni Türkiyəyə təhvil verməsini istəyib.