Səadət partiyası Ərdoğanı tənqid etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i294133-səadət_partiyası_Ərdoğanı_tənqid_etdi
Türkiyənin Səadət partiyasının sədr müavini Antaliyada bu ölkə hökumətinin daxili və xarici siyasətinin məğlubiyyətə uğradığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2018 07:07 Asia/Baku
  • Səadət partiyası Ərdoğanı tənqid etdi
    Səadət partiyası Ərdoğanı tənqid etdi

Türkiyənin Səadət partiyasının sədr müavini Antaliyada bu ölkə hökumətinin daxili və xarici siyasətinin məğlubiyyətə uğradığını bildirib.

İRİB-in məlumatına görə, Türkiyənin Səadət partiyasının sədr müavini Birol Aydın çərşənbə axşamı günü partiyanın Antaliyadakı toplantısında Zeytun Budağı əməliyyatına toxunaraq deyib: Hakim Ədalət və İnkişaf partiyası Türkiyəni relsdən çıxarıb və iqtisadi, ictimai və hüquqi siyasətdə məğlubiyyətə uğrayıb. 

Türkiyəyə hakim partiyanın zəif cəhətləri, o cümlədən iqtisadi strukturun zəifləməsini qeyd edən Aydın bildirib: Zeytun Budağı əməliyyatından daxili siyasətdə və gələcək seçkilərdə sui-istifadə olunmamalıdır.