Ərdoğanın anti-ABŞ çıxışı
Fev 13, 2018 18:03 Asia/Baku
Türkiyə prezidenti bir daha ABŞ dövlətini Suriyanın şərqində Ankara ilə müxalif kürd qruplara maliyyə dəstəyi verməkdə ittiham edib.
Rəcəb Tayyıb Ərdoğan bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının iclasında vurğulayıb ki, ABŞ rəsmilərinin Suriyanın şərqində Ankara ilə müxalif kürd qruplara, o sıradan YPG-yə maliyyə və silah dəstəyi verməyə dair qərarı iki ölkə əlaqələrinə ciddi zərbə vuracaq.
Türkiyə prezidenti həmçinin Kipr dövlətinin Aralıq dənizində təbii qaz üzrə qazıntı fəaliyyətini əngəlləmək barədə Türkiyəni ittihamlandırmasına reaksiyada bu ölkəyə Türkiyənin işlərinə qarışması haqda xəbərdarlıq edib və bildirib ki, Türkiyənin hərbi gəmiləri və təhlükəsizlik bölmələri region olaylarını nəzarətdə saxlayırlar.